Almaniyadan ABŞ-a Türkiyə reaksiyası

Almaniya hökumətinin ortağı Sosial Demokrat Partiyasının lideri Andrea Nahles Türkiyənin iqtisadi sabitliyinin hər kəsin xeyrinə olduğunu vurğuladı.

Almaniyadan ABŞ-a Türkiyə reaksiyası

 Amerika Birləşmiş Ştatlarının Türkiyəyə qarşı başladığı iqtisadi müharibəyə Almaniyada hökumət ortağı Sosial Demokratlardan da reaksiya gəldi.
 
 Sosial Demokrat Partiyasının lideri Andrea Nahles jurnalistlərlə görüşündə Türkiyədəki proseslərə Almaniyanın biganə qala bilməyəcəyini və lazım gəldiyi anda yardım etməsinin vacibliyini vurğuladı.
 
 Nahles Türkiyənin əhəmiyyət verilməyəcək bir ölkə olmadığına və NATO-dakı mövqeyinə də diqqət çəkərək: "Türkiyənin iqtisadi baxımdan sabit olması və məzənnə qasırğalarının dayandırılması hər kəsin marağına xidmət edir" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr