ABŞ Suriya üçün ayırdığı 230 milyon dollarlıq fondu dayandırdı

Suriyada DEAŞ-dan azad edilmiş və terror təşkilatı YPG/PKK-nın nəzarət etdiyi sahələrdə sabitliyin təmin olunması üçün ABŞ tərəfindən vəd edilən 230 milyon dollarlıq fond başqa yerlərə köçürüləcək.

ABŞ Suriya üçün ayırdığı 230 milyon dollarlıq fondu dayandırdı

ABŞ rəhbərliyi Suriyada DEAŞ-dan azad edilmiş və terror təşkilatı YPG/PKK-nın nəzarət etdiyi sahələrdə sabitliyin təmin olunması üçün vəd etdiyi 230 milyon dollarlıq fondu başqa bölgələrdə istifadə etmək barəsində qərar qəbul etdi.
 
 ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert məsələ ilə bağlı açıqlama verdi.
 
 Açıqlamada bunun Ağ Ev, Pentaqon və Dövlət Departamentinin birgə qərarı olduğu bildirilir.

Açıqlamada deyilir: "Bu vəsait ABŞ-ın digər xarici siyasət prioritetlərinə xərclənəcəkdir".
 
Nauert açıqlamada DEAŞ əleyhinə koalisiya tərəfdaşları tərəfindən aprel ayından etibarən təxminən 300 milyon dollarlıq fond ayrıldığını xatırladır, Səudiyyə Ərəbistanının 100 milyon, Birləşmiş Ərəb Əmirliklərinin də 50 milyon dollarlıq töhfəsinin mühüm olduğunu vurğulayır.
 
 Sözçü açıqlamada ABŞ-ın Suriyadakı prioritetlərinin dəyişmədiyini, DEAŞ-ın tamamilə aradan qaldırılması məqsədinə sadiq olduqlarını da qeyd edir.



Әlaqәli Xәbәrlәr