Yəmən hökuməti müzakirələrdə iştirak edəcək

BMT-in Yəmən üzrə nümayəndəsi Martin Qrifits Yəməndə sülh müzakirələrinin 6-da sentiyabrda Cenevrədə başlayacağını elan etdi.

1032843
Yəmən hökuməti müzakirələrdə iştirak edəcək

BMT-in Yəmən üzrə nümayəndəsi Martin Qrifits Yəməndə sülh müzakirələrinin 6-da sentiyabrda Cenevrədə başlayacağını elan etdi.

Nümayəndə müzakirələrlə əlaqəli 5 sentyabrda mətbuat konfransı təşkil edəcək.

6-da sentiyabrda başlayacaq müzakirələrin neçə gün davam edəcəyi dəqiq deyil.

Yəmənin BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi səfir Əli Majavar Yəmən hökumətinin müzakirələrdə iştirak edəcəyini bildirdi.

Uzun müddətdir siyasi sabitsizliyin hakim olduğu Yəməndə qanuni idarəyə qarşı çevriliş həyata keçirən Husilər 2014-cü ildən paytaxt Sana və bəzi bölgələrə nəzarət edir.  

Səudiyyə Ərəbistanı başçılığındakı koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından bəridir Yəmən hökumətinə dəstək verir.


Etiketlәr: #BMT , #Yəmən

Әlaqәli Xәbәrlәr