Prezident Rəcəb Tayyib Ərdoğan İtaliya xalqına başsağlığı verdi

İtaliyada körpünün aşması nəticəsində ölənlər olub.

1032362
Prezident Rəcəb Tayyib Ərdoğan İtaliya xalqına başsağlığı verdi

İtaliyada körpünün aşması nəticəsində ölənlər olub.

İtaliyanın şərqində yerləşən Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb. Həlak olanlardan biri uşaqdır, 8 nəfərin isə ağır yaralandığı bildirilib.

Mülki Müdafiə Departamentinin məlumatına əsasən, insident nəticəsində azı 10 nəfər itkin düşüb. Faciə zamanı körpünü dağılan hissəsində 20-yə yaxın nəqliyyat vasitəsi olub.

Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Körpünün salınmasında bir problemə görə aşmış ola biləcəyi, ancaq faciədə güclü yağışın da təsirli olduğu düşünülür.

1960-cı ildə tikilən körpüdə 2016-cı ildə bərpa işləri aparılıb.

Digər tərəfdən prezident Rəcəb Tayyib Ərdoğan İtaliya xalqına başsağlığı verdi.  

Ərdoğan İraqın Baş naziri Heydər Əl-İbadilə görüşündən sonra təşkil edilən birgə mətbuat kofransında İtaliyanın Genuya şəhərində bir körpünün aşması nəticəsində həyatını itirənlərə görə İtaliya xalqına başsağlığı verdi.

Dövlət Aparatının sözçüsü İbrahim Kalın da sosial media vasitəsilə İtaliyada baş verən körpü faciəsində həlak olanlara Allahdan rəhmət, yaxınlarına və İtaliyan xalqına səbr diləyib.

Fransa Prezidenti Emmanuel Makron, Avstriya kansleri Sebastyan Kurts, Almaniya kansleri Angela Merkel və Çexiyanın Baş naziri Andrey Babiş də faciə ilə bağlı başsağlığı veriblər. Emmanuel Makron hadisə ilə əlaqədar İtaliyaya istənilən köməkliyi göstərməyə hazır olduğunu deyib.


Etiketlәr: #İtaliya , #körpü , #Genuya

Әlaqәli Xәbәrlәr