İsrail ilə Fələstinli qruplar arasında atəşkəs

İsrail ilə HƏMAS-ın başda olduğu fələstinli qruplar arasında Misirin vasitəçiliyi sayəsində əldə olunan atəşkəs Türkiyə vaxtı ilə dünən axşam saat 22.45-də qüvvəyə mindi.

Həmin atəşkəs qərarı son iki ayda Misirin vasitəçiliyində İsrail ilə fələstinli qruplar arasında əldə olunan beşinci qərardır.

İsrailin “Yedioth Ahronoth” qəzetinin israilli mənbəyə əsaslandırdığı xəbər isə gəçə saatları sakit keçəcəyi təqdirdə İsrailin də sükunətini qoruyacağı, raket atılacağı təqdirdə isə buna cavab veriləcəyi bildirilib.

İsrail ordusunun yazılı açıqlamasında çərşənbə günü axşam saatlarından bəridir Qəzzada 150-dən çox hədəfin qırıcıları ilə vurulduğu, bunun qarşısında Qəzzadan İsrail tərəfinə 180 raket atıldığı qeyd olunub.

Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra yaydığı məlumatda İsrailin Qəzzaya etdiyi hücumlarda hamilə qadınla yaş yarım uşağı və bir fələstinlinin şəhid olduğunu, 30 fələstinlinin yaralandığını bildirib.

Әlaqәli Xәbәrlәr