• Video Qalereya

Antonio Guterres Yəməndə  törədilən cinayəti qınayıb

BMT Baş katibi Antonio Guterres 50  adamın  həyatını itirməsi və  xeyli sayda  insanın yaralanmasına  səbəb olan qəddar hücumunu qınayıb.

Antonio Guterres Yəməndə  törədilən cinayəti qınayıb

BMT-nin baş katibi Antonio Guterres Səudiyyə Ərəbistanının başçılığındakı   koalisiya   qüvvələrinin  Yəmənin şimalında  yerləşən  Sada   şəhərində çoxu   uşaq  olmaqla  50 adamın  həyatını  itirməsi  və xeyli  sayda  insanın  yaralanmasına  səbəb   olan  qəddar hücumunu qınayıb.  

BMT  Baş  katibliyindən  yayılan  açıqlamada:  “Antonio Guterres Səudiyyə liderliyindəki koalisiya qüvvələrinin Sada şəhərində uşaqları daşıyan məktəb avtobusuna hücumunu sərt şəkildə qınayır,  hadisədə  ölənlərin   yaxınlarına  başsağlığı  verir  yaralılara  təcili  şəfa  arzulayır. 

 Qeyd edək ki, Yəmənin xəbər agentliyi "SABA"-nın məlumatına görə, hücum zamanı ölənlərin sayı 43-ə çatıb. Onların əksəriyyəti 13 yaşdan yuxarı uşaqlardır. BMT-nin Uşaq Fonduna (UNICEF) görə, 2015-ci ildə Yəməndə Səudiyyə rəhbərliyinə müdaxilənin başlanğıcından etibarən Yəməndə 2400 uşaq öldürülüb.


Etiketlәr: BMT , Antonio Guterres

Әlaqәli Xәbәrlәr