Cənubi Koreya və Şimali Koreya nümayəndələrinin görüşü

Cənubi Koreya və Şimali Koreya arasında gələcək həftə yüksək səviyyəli görüş keçiriləcək.

Cənubi Koreya və Şimali Koreya nümayəndələrinin görüşü

Cənubi Koreya və Şimali Koreya arasında gələcək həftə yüksək səviyyəli görüş keçiriləcək.

“Yonhaf” xəbər agentliyinin məlumatına görə, Cənubi Koreyanın Birləşmə naziri Cho Myonf-qon iki ölkənin yüksək səviyyəli nümayəndələrinin 13 avqustda iki ölkənin sərhəd məntəqəsi olan Panmunjom atəşkəs kəndində görüş keçirəcəklərini bildirib.

Nazir görüşdə daha əvvəl iki ölkə liderinin keçirdiyi görüşdə qəbul edilən qərarların tətbiqinin gözdən keçiriləcəyini və yeni zirvə toplantısı üçün hazırlıqların müzakirə olunacağını deyib. 

Cənubi Koreya lideri Monn Jae-in ilə Şimali Koreya lideri Kin Çen Inın iki ölkə sərhədindəki Panmunjom kəndində bir araya gəldiyi tarixi zirvə aprelin 27-də təşkil edilib.

Yığıncaqda Koreya yarımadasını nüvə silahlardan təmizləmə və mövcud atəşkəs qərarının daimi sülh sazişi kimi qəbul edilməsinə dair həmfikir olunmuşdu.



Әlaqәli Xәbәrlәr