Yaponiyada leysan yağışları qurbanlarının sayı 195 nəfərə çatıb

Bu barədə Yaponiya Milli Polis Agentliyi  məlumat yayıb.

Yaponiyada leysan yağışları qurbanlarının sayı 195 nəfərə çatıb

Yaponiyada leysan yağışlar və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı 195 nəfərə çatıb.

Bu barədə Yaponiya Milli Polis Agentliyi  məlumat yayıb.

Rəsmilər onlarla adamın da itkin düşdüyü bildirilir. Ölü sayının artacağı istisna olunmur.

Hazırda fəlakət rayonunda özünümüdafiə qüvvələrinin, polisin və yanğınsöndürmə dəstələrinin 77 min əməkdaşı çalışır.  Hadisə rayonundan 5600 nəfər təxliyə edilib.

Yaponiya Baş naziri Şinzo Abenin Kuraşiki şəhərindəki təxliyyə mərkəzinə baş çəkdiyi bildirilir.

 



Әlaqәli Xәbәrlәr