"ABŞ-ı NATO-dan çıxara bilərdim, amma..." D.Tramp

NATO mənbələrinə əsasən verilən məlumatda deyilir...

"ABŞ-ı NATO-dan çıxara bilərdim, amma..." D.Tramp

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp NATO müttəfiqləri müdafiə xərcləri öhdəliklərini yerinə yetirməzsə, ABŞ-ın ittifaqdan çıxacağı ilə hədələyib. Məlumatı Almaniyanın rəsmi xəbər agentliyi “DPA” yazıb.

  NATO mənbələrinə əsasən verilən məlumatda deyilir: “Trampın sərt çıxışından narahat olan NATO tərəfdaşları Gürcüstan və Ukrayna ilə bağlı toplantıya ara verib... NATO-nun baş katibi Yens Stoltenberq 29 lideri növbədənkənar sessiyada bir araya gətirib.”

  İclas ərəfəsində sosial media hesabından mesaj paylaşan Tramp yazıb: “NATO müttəfiqləri müdafiə xərclərinin ilkin olaraq 2 faiz öhdəliyini təcili yerinə yetirməlidir. Həm də, ümumiyyətlə, bu 4 faizə qaldırılmalıdır”. 

  Bu iddialardan sonra keçirdiyi mətbuat toplantısında Donald Tramp ABŞ-ı NATO-dan geriçəkmə ilə hədələmədiyini bildirib: “ABŞ-ı NATO-dan çıxara bilərdim, amma buna ehtiyac yoxdur, xərcləri artırmağı qəbul edəcəklər... Düzdür, bir az sərt danışdım, amma NATO-ya inanıram. Amma üzv ölkələrlə müdafiə xərclərinin bölüşdürülməsi məsələsindən həddindən artıq üzülürəm.”

  Toplantıdan 2 gün əvvəl isə Tramp NATO-nun ABŞ-dan çox Avropaya yaradığını deyib.



Әlaqәli Xәbәrlәr