Belçika kralı və baş naziri futbola görə Trampı qarşılamadı

“La Libre” gəzetinin xəbərinə görə ...

Belçika kralı və baş naziri futbola görə Trampı qarşılamadı

  Kralı, baş nazir və Xarici İşlər naziri də daxil olmaqla, Belçika rəhbərliyi NATO Zirvə Toplantısı üçün paytaxt Brüsselə gedən Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı Fransa-Belçika dünya kuboku matçını izlədikləri üçün qarşılamadı.

  “La Libre” gəzetinin xəbərinə görə, D.Trampı Xarici İşlər Nazirliyinin protokol direktoru Fransua Qusten (François Gusten), ABŞ-ın Belçikadakı yeni səfiri Ronald Qidvitz (Ronald Gidwitz) və ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçinson (Kay Bailey Hutchinson) qarşıladı.

  “Le Soir” qəzeti də baş nazir Çarlz Mişelin (Charles Michel) Fransa ilə oynanılan yarımfinal matçını izləmək üçün belçikalı futbolçu Eden Hazardın yaşadığı Bren le-Komta (Braine-le-Comte) getdiyini, Kral Filip (Philippe) və Xarici İşlər naziri Didier Reyndersin (Didier Reynders) isə matçı Sankt-Peterburq tribunasından izlədiyini yazıb.



Әlaqәli Xәbәrlәr