İki liderin görüşü iyulda baş tuta bilər

ABŞ-ın dövlət başçısı Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin NATO-nun iyulun 11-12-də Brüsseldə keçiriləcək sammitində görüşə biləcəkləri bildirilib.

997120

ABŞ mətbuatının həmin mövzuyla bağlı məlumatına görə, ABŞ tərəfi danışıqların Vaşinqtonda keçirilməsini təklif edib. Rusiya isə görüşün neytral zonada keçirilməsini istəyib.

 Ehtimal edilən görüşlə bağlı rəsmi rəy hələ yoxdur.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Londondakı çıxışında ABŞ və Rusiya liderlərinin görüşünün zəruriliyindən danışıb, iki liderin görüşünün NATO-nun mənfəətlərinə zidd olmadığını dilə gətirib.  

Digər tərəfdən Putinin sözçüsü Dmitri Peskov przident Trampın Milli Təhlükəsizlik müşaviri Con Boltının ayın axırında Moskvaya səfər edəcəyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr