Donald Tramp kosmosda ordu yaradır

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Ttamp Pentaqona amerikan ordusunun altıncı qolu olaraq kosmos qüvvələrinin yaradılması barədə tapşırıq verdi.

995012
Donald Tramp kosmosda ordu yaradır

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Ağ Evdə keçirilən Milli Kosmos Şurasının iclasında amerikan ordusunun yeni quruculuğu haqqında danışdı.

ABŞ-ın yalnız Yer kürəsində deyil, kosmosda da təsir gücünün olmasının vacibliyini qeyd edən Tramp: "Amerikanı müdafiə edərkən ABŞ-ın kosmosda yalnız mövcud olması kifayət deyil, ABŞ kosmosda təsir gücünə malik olmalıdır" dedi.

Tramp bu məqsədin əldə edilməsi ilə əlaqədar: "Silahlı qüvvələrin altıncı qolu olaraq kosmos qüvvələrinin yaradılması üçün lazımi işlərin dərhal başlanması məqsədilə Müdafiə Nazirliyinə tapşırıq verdim. Bu, böyük addımdır. Hərbi hava qüvvələrimiz olacaq, eyni zamanda, hərbi kosmos qüvvələrimiz olacaq" deyə danışdı.

Donald Tramp çıxışından sonra kosmos qüvvələrinin yaradılması barəsindəki sərəncamı imzaladı.

 

 



Әlaqәli Xәbәrlәr