Gürcüstanın Baş naziri istefa verdi

Bu barədə Giorgi  Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə dedi..

Gürcüstanın Baş naziri istefa verdi

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili istefaya gedəcəyini açıqladı.

Bu barədə Giorgi  Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə dedi. 

Kvirikaşvili bildirib ki, hakim komanda daxilində müəyyən məsələlər üzrə fikir ayrılıqları yarandı: “Dünən keçirdiyimiz görüşdə konkret istiqamətlər üzrə müxtəlif fikirlər bildirildi. Fikirlər xüsusilə mənim iqtisadi siyasət üzrə fəaliyyətimlə bağlı oldu. Son aylar baş vermiş bir sıra məsələlərə dair partiya sədri ilə fikir ayrılıqlarımız yarandı. 

Son illərdə Gürcüstanın  Avropa İttifaqı və NATO-ya  inteqrasiya prosesində önəmli  addımlar atdıqlarını deyən  Kvirikaşvili  regiondakı iqtisadi böhrana baxmayaraq Gürcüstan iqtisadiyyatının güclənməyə davam etdiyini vurğuladı.

Qeyd edək ki, Giorgi  Kvirikaşvili 2015-ci ilin dekabrın 30-dan baş nazir vəzifəsində çalışır. 



Әlaqәli Xәbәrlәr