"Şimali Koreyanın gələcəkdə böyük potensialı var", D.Tramp

ABŞ prezidenti Donlad Tramp artıq Şimali Koreyanın nüvə təhdid təşkil etmediyini bildirib.

"Şimali Koreyanın gələcəkdə böyük potensialı var", D.Tramp

ABŞ prezidenti Donlad Tramp artıq Şimali Koreyanın nüvə təhdid təşkil etmediyini bildirib.

Donald Tramp özünün "Twitter" səhifəsində yazıb: "Artıq Şimali Koreyadan nüvə təhdidi yoxdur. Kim Çen In ilə görüş maraqlı və müsbət təcrübə oldu. Şimali Koreyanın gələcəkdə böyük potensialı var."

Tramp həmçinin yazıb ki, ABŞ-ın sabiq prezidenti Barak Obama Şimali Koreyanı ən böyük və ən təhlükəli problem adlandırıb. Amma artıq o yoxdur, bu gün artıq rahat yatmaq olar.

Qeyd edək ki, ABŞ prezidenti Tramp və Şimali Koreya lideri Kim dünən Sinqapurda bir araya gəldi. 

Tarixi zirvədə tərəflər Koreya yarım adasının nüvə silahlardan təmizlənməsi, ABŞ və Şimali Koreya arasında yeni əlaqəli qurulması, yarım adada  sülhün yaranması barədə bir sıra vədlər əhatə edən ortaq bəyanata qol çəkdi. 



Әlaqәli Xәbәrlәr