Avstriya parlamentinin üzvü ksenofobik hücuma məruz qaldı

Avstriya parlamentində  Bosniya və Herseqovina əsilli deputat Alma Zadic çıxış edərkən parlamentin ultra sağçı Avstriya Azadlıq Partiyası (FPÖ) və sağ populist Xalq Partiyasının (ÖVP) üzvləri tərəfindən etnik mənsubiyyətinə görə hücuma məruz qaldı.

Parlamentdə daxili işlər nazirliyinin milli təhlükəsizlik bölməsi ilə bağlı tənzimləmələrini tənqid edən Zadic koalisiya partiyaları deputatlarının verbal aqressiyası ilə qarşılaşdı.

İfrat sağçı partiyadan Daxili İşlər naziri Herber Kicklı tənqid edən Zadiçə: "Siz Bosniyada deyilsiniz, bunu qarışdırmayın" şəklində irqçi hücumlar oldu.

Verbal hücumu edənlərin isə parlamentin ÖVP-dən olan üzvü Johann Radler və FPÖ-dən olan üzvü Wolfgang Zanger olduqları bildirildi.

İrqçi hücuma başda ana müxalifət Sosial Demokrat Partiyası (SPÖ) olmaqla, Yeni Avstriya Partiyası (NEOS) və Yaşıllar Prtiyası sərt reaksiya göstərdilər.

Sabiq Baş nazir və SPÖ-nün sədri Christian Kern sosial media vasitəsilə verdiyi açıqlamada koalisiya partiyalarının Zadiçi ksenofobik və seksist ifadələrlə təhqir etdiyini bildirərək, acınacaqlı bir vəziyyətdə olduqlarını qeyd etdi.

Әlaqәli Xәbәrlәr