ABŞ TANAP-ı dəstəklədiyini açıqladı

ABŞ Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdıracaq Trans Anadolu Təbbi Qaz Boru Kəməri (TANAP) layihəsini dəstəklədiyini açıqladı.

ABŞ TANAP-ı dəstəklədiyini açıqladı

ABŞ Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdıracaq Trans Anadolu Təbbi Qaz Boru Kəməri (TANAP) layihəsini dəstəklədiyini açıqladı.

ABŞ Dövlət Departamenti məshələtçisinin müavini Sandra Oudkrik Ankarada mətbuat mənsublarına verdiyi açıqlamada TANAP-ın bölgəyə təmin edəcəyi dəstəyi qiymətləndirib.

Layihənin Cənub Qaz Koridorunun böyük hissəsi olduğunu vurğulayan Oudkirk TANAP-ın bölgə enerji bazarlarında rolunun daşıdığı əhəmiyyətə diqqət çəkərək deyib: “Azərbaycan qazını daşıyacaq layihənin mənbə müxtəlifliliyi əhəmiyyət daşıyır. Bu layihə Azərbaycan qazını alacaq ölkələr üçün müxtəliflilik mənasındadır. Digər tərəfdən də tədarük üçün enerji təhlükəsizliyinə güclü töhfədir. ABŞ olaraq birbaşa yatırımımız  və ticarət üstünlüyümüz olmamasına baxmayaraq, mənbə müxtəlifliliyi və tədarük təhlükəsizliyinə dayaq təmin etdiyinə görə bu layihəni dəstəkləyirik.”

Digər tərəfdən layihələrin TANAP-a əlavə edilməsinə də toxunan Oudkirk bu layihənin infrastrukturunun inkişafa və böyüdülməyə açıq olduğunu bildirərək, kəmərin cəmi həcmi olan 16 milyard kubmetrin iki qatınadək çıxa biləcəyini söyləyib.

Oudkkirk enerji mənbələrinin ticarət üstünlüyü əldə etmək baxımından yeni ortaqlıqlara imkan yarada biləcəyini qeyd edərək deyib: “TANAP-ın istismara verilməsi həqiqətdən şad xəbərdir. Dünyada çətinliklər yaşanarkən TANAP qlobal səviyyədə müsbət haldır. Azərbaycanın təbii qazının bazara çatırılması baxımından da müsbət addımdır. Müttəfiq və ortaqlarımızın enerji təhlükəsizliyi bizim üçün əhəmiyyətlidir.”



Әlaqәli Xәbәrlәr