Rusiya Dövlət Duması əks-sanksiyalar haqqında qanunu qəbul etdi

Rusiya Dövlət Dumasında "ABŞ və (və ya) digər xarici ölkələrin dostcasına olmayan addımlarına qarşı tədbirlər (əks reaksiya) barədə" qanun qəbul edildi.

976639

Qanun rəsmən dərc olunduqdan sonra qüvvəyə minəcək.

Hazırlanan sənəd Rusiyaya qarşı maliyyə sanksiyaları dəstəkləyən ABŞ və digər ölkələrə qarşı əks-sanksiyaların tətbiqinə imkan verir.

Prezidentin fərmanı ilə hökumətə müxtəlif tədbirlər görmək hüququ verilir, sadəcə, onlar Rusiya və digər ölkələrdə analoqları istehsal olunmayan həyati əhamiyyətli mallara, eləcə də vətəndaşların şəxsi istifadəsi üçün ölkəyə gətirdiyi mallara şamil edilməməlidir.

Əks-sanksiyalar ABŞ və Rusiya Federasiyasına, Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı dostcasına münasibət göstərməyən digər xarici ölkələrə qarşı tətbiq edilə bilər. Cavab tədbirləri həmçinin dost olmayan ölkələr yurisdiksiyasında olan təşkilatlara, Rusiyaya qarşı sanksiyalara qoşulan ölkələrin vəzifəli şəxslərinə və vətəndaşlarına qarşı da atıla bilər. 

Qanun Parlamentin üst qanadı Federasiya Şurasında təsdiq olunduqdan sonra prezident V.Putinin təsdiqilə qüvvəyə minəcək. 

Әlaqәli Xәbәrlәr