İsrail ordusu İzzәddin әl-Kassam briqadasına mәxsus hәdәfi vurdu

Bu barәdә İsrail ordusundan verilәn mәlumatda bildirilib.

İsrail ordusu İzzәddin әl-Kassam briqadasına mәxsus hәdәfi vurdu

İsrail ordusuna mәxsus tank Hәmasın silahlı qolu olan İzzәddin әl-Kassam briqadasına mәxsus hәdәfi vurdu.

İsrail ordusundan verilәn mәlumatda Qәzza zolağını keçәn bәzi şәxslәrin  İsrail ordusuna mәxsus hәrbi hissәyә atәş açdığı iddia edilib.

Mәlumatda bu hadisәdәn sonra İsrail ordusuna mәxsus bir tankın әl-Kassan briqadasının hәdәfini vurduğu bildirilib.

Baş verәn hadisәlәr nәticәsindә yaralanananın olmadığı vurğulanıb.

İsrail mәtbuatı işğal altındakı İordan çayının qәrb sahillәrinin Ramalah şәhәrinin  yaxınlığında  namәlum şәxslәr tәrәfindәn yәhudilәrә atәş açdığını bildirib.

Hücum nәticәsindә xәsarәt alanın olmadığı qeyd olunub.



Әlaqәli Xәbәrlәr