Әfqanıstanda partlayış nәticәsindә 14 nәfәr hәlak olub

Bu barәdә Qaznә Valiliyinin sözçüsü Aref Nur mәlumat verib.

Әfqanıstanda partlayış nәticәsindә 14 nәfәr hәlak olub

Әfqanıstanın Qaznә vilayәtindә terror tәşkilatı Taliban tәrәfindәn törәdilәn hücumlar nәticәsindә 14 tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olub.

Bu barәdә Qaznә Valiliyinin sözçüsü Aref Nur mәlumat verib.

Aref Nur  hücumların Ceqatu vә Deh Yak qәsәbәlәrindә  törәdildiyini vә toqquşmaların davam etdiyini söylәyib.

Talibanın verdiyi mәlumatda isә qәsәbәlәrә tәşkil edilәn hücumlar nәticәsindә 43 tәhlükәsizlik xidmәti әmәkdaşının öldüyü bildirilib.

Qeyd edәk ki, Taliban qәsәbәlәri nәzarәtinә keçirdiyini dә vurğulayıb.



Әlaqәli Xәbәrlәr