Ərəb Birliyi Qahirədə təcili toplandı

Ərəb Birliyi Amerika Birləşmiş Ştatlarının İsrail səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi və sonra baş verən hadisələri qiymətləndirmək üçün Misirin paytaxtı Qahirədə daimi nümayəndələr səviyyəsində təcili toplandı.

Ərəb Birliyi Qahirədə təcili toplandı

  Səudiyyə Ərəbistanının Misir səfiri və Ərəb Birliyi daimi nümayəndəsi Usame Naklanın rəhbərliyi altında başlayan toplantıya Ərəb Birliyinin baş katibi Əhməd əbu Qayt və digər nümayəndələr iştirak edib.

  Toplantının açılışında U.Nakla deyib: “Bugünkü toplantı sabah (17 may) keçiriləcək xarici işlər nazirlərinin görüşünə hazırlıq məqsədi daşıyır. ABŞ-ın səfirliyini qeyri-qanuni şəkildə Təl-Əvivdən Qüdsə daşıması müzakirə olunacaq və toplantı mətbuata qapalı keçirilir.  

  Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz də Ərəb Birliyinə Fələstin xalqına qarşı törədilən cinayətlər qarşısında "birləşmiş bir ərəb duruşu ortaya qoymaq" üçün iclas edəcəyini bildirib.

  Fələstinin rəsmi agentliyi “WAFA”ya görə, ölkə prezidenti Mahmud Abbasla telefonda danışan Kral Salman Ərəb Birliyini nazirlər səviyyəsində toplayacağını söyləyib.



Әlaqәli Xәbәrlәr