Qəzza İsrailin göndərdiyi yardımları qəbul etmədi

Qəzza “böyük qayıdış yürüşündə” İsrail əsgərlərinin etdiyi atəş nəticəsində yaralananlar üçün İsrailin göndərdiyi dərman və tibbi ləvazımat yardımının qəbul edilmədiyini açıqladı.

Fələstinli gənclər bugün səhər radələrində İsrailin təcili yardım idarəsi Qızıl Davud Ulduzu təşkilatının göndərdiyi dərman və tibbi avadanlığın Kərəm Əbu Salim sərhəd keçid məntəqəsindən Qəzzaya girməsinə mane olaraq, İsrailə geri qaytardı.

Böyük qayıdış və mühasirəni sındırma yürüşü Ali Milli Komitəsinin verdiyi açıqlamada “Fələstinli sivilləri öldürən İsrail dərman və tibbi ləvazımat yardımları göndərərək imicini yaxşılaşdırmağa cəhd göstərir və biz bunu qəbul etməyəcəyik” deyilib.

Әlaqәli Xәbәrlәr