Papa Francis İsrailin törətdiyi qırğına münasibət bildirib

Katoliklərin ruhani lideri Papa Francis, Qəzza Zolağında 62 məsum Fələstinlinin şəhid olduğu İsrail qırğını ilə əlaqəli münasibət bildirib.

Papa Francis İsrailin törətdiyi qırğına münasibət bildirib

İtalyanın paytaxtı Romada Əziz Peter Meydanında çıxış edən Papa Francis, ABŞ-nın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürüldüyü əsnada 62 Fələstinlinin ölümü ilə nəticələnən hadisələrdən narahatlıq duyulduğunu bildirib.

Papa Francis qeyd edib ki: Müqəddəs torpaqlarda və Orta Şərqdə gərginliklərin tarıma çəkilməsini və sülh ümidlərimizə zərbə endirən dəhşət hadisələrinin get-gedə artmasını kədərlə qarşılayır və dərin narahatlıq duyuram. Bütün məzlumlara dua edirəm.

Bölgədə, dialoq, ədalət və sülhün bəpasını arzuladığını ifadə edən Papa: "zorakılıqla  sülh olmaz. Qarşıdurma döyüşü, şiddət isə şiddəti doğurar”-deyə vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr