Çin mətbuatı ABŞ-ın səfirliyini Qüdsə köçürməsindən nə yazır?

Çin Kommunist Partiyasının rəsmi mətbu orqanı “Global Times” qəzeti yazır...

Çin mətbuatı ABŞ-ın səfirliyini Qüdsə köçürməsindən nə yazır?

Çin mətbuatı Amerika Birləşmiş Ştatlarının səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsində heç bir məntiq olmadığını yazır.

  Çin Kommunist Partiyasının rəsmi mətbu orqanı “Global Times” qəzeti ABŞ səfirliyinin Qüdsə daşınması və İsrailin Qəzza sərhədində fələstinlilərə qarşı qətliamını "ABŞ Pandora qutusunu açdı" başlıqlı məqalə ilə oxucularına çatdırıb.

  Məqalədə yazılır:

  “ABŞ prezidenti Donald Trampın vəzifəyə gəldikdən sonra Qüdsü İsrailin paytaxtı olaraq tanıması və səfirliyini ora köçürməsində heç bir məntiq görünmür. Bu hərəkət Fələstin və ərəb ictimaiyyətinə çox toxunacaq və Fələstində yeni bir üsyana təkan verəcək. Vaşinqton rəhbərliyi heç nədən problem çıxardı… Qlobal müstəvidə amerikalılar ABŞ-a daha çox maraq yaratmaq üçün digər ölkələri təslim olmağa məcbur etməyə çalışır. Amma ABŞ-ın belə sərt hərəkətlərinə baxmayaraq, qlobal arenada hərəkət sahəsi daralmağa başlayır.”  

  “China Daily” qəzetində çəkilən bir karikaturada isə ABŞ-ın səfirliyini daşıyaraq bir qumbarasının sancağını çəkdiyi yerdə təsvir edilib.



Әlaqәli Xәbәrlәr