"İsrail əleyhinə rəsmi müraciət etdik", S.Ureykat

İsrailin fələstinlilər əleyhinə törətdiyi cinayətlərə dair Beynəlxalq Cəza Məhkəməsinə (UCM) lazımi sənədlər göndərildi.

956443
"İsrail əleyhinə rəsmi müraciət etdik", S.Ureykat

   Ramallahda mətbuat konfransında çıxış edən Fələstin Qurtuluş Təşkilatının Baş katibi Saib Ureykat Beynəlxalq Cəza Məhkəməsinə İsrail əleyhinə üç ayrı qovluq təqdim etdiklərini söyləyib və məhkəmənin fələstinliləri qorumalı olduğunu vurğulayıb. O deyib: “İsrail əleyhinə rəsmi müraciət etdik: İsrailin Baş naziri və Müdafiə nazirinin təlimatları əsasında Qəzzada vətəndaşlarımız və övladlarımıza qarşı törədilən cinayətlər və snayperlə öldürülmələrin araşdırmasını tələb etdik… Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Haley də Fələstin xalqına qarşı cinayət törədən İsrailə cəsarət verməkdə günahkardır.”



Әlaqәli Xәbәrlәr