Burak Bektaş ölümündən sonra da hücuma məruz qalır

Berlin Polis İdarəsinin məlumatına görə ...

Burak Bektaş ölümündən sonra da hücuma məruz qalır

  Almaniyanın paytaxtı Berlində 5 aprel 2012-ci ildə silahla vurulan və irqçi cinayətə qurban gedən türk gənci Burak Bektaş üçün Neukölln rayonunda ucaldılan xatirə abidəsinə naməlum şəxslər tərəfindən hücum edilib.  

  Berlin Polis İdarəsinin məlumatına görə, Burak Bektaş üçün ucaldılan abidənin üzərinə maye atılıb və abidənin rəngi dəyişib.

  Hadisə ilə bağlı istintaq başlanılıb.

  Xatırladaq ki, 22 yaşlı Burak Bektaş 6 il əvvəl yoldaşları ilə söhbət etdiyi zaman Neukölln rayonunda silahla vurularaq dünyasını dəyişmiş, iki yoldaşı isə ağır yaralanmışdı. Şahidlərin sözlərinə görə, orta yaşlı ağ dərili cinayətkar gənclərə atəş açdıqdan sonra hadisə yerindən sakitcə uzaqlaşıb. Cinayətkar hələ də tapılmayıb.

  Burak Bektaşın 8 aprel 2018-ci ildə öldürüldüyü yerin yaxınlığında, Rudover Stras (Rudower Strasse) və Mövenveq (Möwenweg) prospektlərinin kəsişdiyi parkda xatirəsinə abidə ucaldılıb.



Әlaqәli Xәbәrlәr