Soros Fondu Budapeştdən köçməyə məcbur qaldı

Macar əsilli amerikalı iş adamı Corc Soros tərəfindən yaradılan Soros Açıq Cəmiyyət Fondunun Macarıstanın paytaxtı Budapeştdə yerləşən ofisini bağlamaq qərarı verildi.

955821
Soros Fondu Budapeştdən köçməyə məcbur qaldı

  Avstriyada çıxan “Die Press” qəzetinin xəbərinə görə, 1984-cü ildən Macarıstanda fəaliyyət göstərən Soros Fondu Almaniyanın paytaxtı Berlinə köçürüləcək.

  Fond rəsmiləri qəzetə verdikləri açıqlamada məsələyə dair geniş məlumat vermək istəmədikləri, sadəcə Macarıstan Baş naziri Viktor Orban və Fidesz Partiyasının təzyiqlərinə dözməyərək bu qərarı vermək məcburiyyətində qaldıqlarını bildirib.

  Qeyd edək ki, 30 ildən artıqdır Macarıstanda fəaliyyət göstərən Soros Açıq Cəmiyyət Fondu aralarında Baş Nazir Orbanın da olduğu minlərlə macarıstanlıya tələbə təqaüdü verib.

  Mühacirət əleyhinə mövqeyilə tanınan Macarıstan hökuməti C.Sorosu maliyyələşdirdiyi qeyri-hökumət təşkilatları vasitəsilə ildə 1 milyon qaçqını Avropaya daşımağa çalışmaqda günahlandırır. İllərdir hökumət ölkə daxilində Soros əleyhinə kampaniya başlayıb. Digər tərəfdən yeni qanun layihəsinə əsasən, xaricdən maddi dəstək alan və qeyri-qanuni miqrasiyanı dəstəkləyən qurumlardan 25 faiz vergi tutulması nəzərdə tutulub.



Әlaqәli Xәbәrlәr