• Video Qalereya

"İslamla Fransa həyatı fərqli olsa da, belə bir qanun tərəfdarı deyiləm", E.Makron

Fransa prezidenti Emmanuel Makron BFM TV və “Mediapart” tərəfindən canlı yayımlanan xüsusi proqramda jurnalistlərin suallarını cavablandırıb.

"İslamla Fransa həyatı fərqli olsa da, belə bir qanun tərəfdarı deyiləm", E.Makron

  Ölkədəki müsəlmanlar və baş örtüsü ilə bağlı suala E.Makron belə cavab verib: “İslam dini Fransada son illərin miqrasiyaları ilə bağlı genişlənib. 4,5 - 6 milyon arası müsəlman Fransa vətəndaşı olub. İslam Fransa üçün yeni din sayıla bilər. Tarix boyu ölkədə katoliklik, protestantlıq və yəhudilik olub. Bu gün vətəndaşlarımızın çoxu İslamdan qorxur. Amma birlik içində olmaq istəyiriksə, dini etiqad azadlığını qəbul etmək məcburiyyətindəyik… Qorxu verən radikal cərəyanlar İslam deyil… Müsəlman qadınların başını örtməsinə də hörmətlə yanaşmalıyıq… İslam dini ilə ənənəvi Fransa həyat tərzi fərqli olsa da, ölkədə hicab yasağını gətirəcək bir qanun yaratma tərəfdarı deyiləm."



Әlaqәli Xәbәrlәr