• Video Qalereya

Çernoqoriyada prezident seçkilərində Milo Dyukanoviç qələbə qazanıb

Demokratik Sosialist Partiyasının nümayəndəsi Milo Dyukanoviç səslərin 54,2%-ni qazanaraq ölkə rəhbəri seçilib.

Çernoqoriyada prezident seçkilərində Milo Dyukanoviç qələbə qazanıb

Biri qadın 7 namizədinin mübarizə apardıqları seçkilərdə səs bületenlərinin təsnifatının 90,50%si tamamlanıb. Bu nəticələrə görə daha əvvəl 6 dəfə baş nazir, 1997-2003-cü illər arasında bir dəfə də prezident vəzifəsini icra edən 56 yaşlı Dyukanoviç mübarizənin qalibi olub.

Səslərin 53,8%-ni toplayaraq ölkənin yeni prezidenti seçilən Djukanovic, partiyasının paytaxt Podqoricadaki mərkəz binasında etdiyi zəfər çıxışında partiyasına, koalisiya şərikləri və bütün vətəndaşlarına minnətdarlığını bildirib. Çernoqoriyanın iqtisadi və siyasi yolda qarşılaşacağı problemləri aradan qaldırmaqda əməkdaşlıq edilməsi haqqında çağırış verib.

Çernoqoriya xalqını məyus etməyəcəyini ifadə edən Milo Dyukanoviç: "Qarşımızda həll ediləsi bir çox problem var. Prioritetimiz vətəndaşlarımızın həyat standartlarını irəli pillələrə qaldırmaq və cəmiyyətdə parçalanmaların qarışını almaq və iqtisadi inkişafı təmin etməkdir”

Qeyd edək ki, Qərb tərəfdarı siyasət izləyən Djukanovic, ölkəsinin 2020-ci ilin payızında Avropa İttifaqına üzv olacağını da sözlərinə əlavə edib.

7 namizədin mübarizə apardığı seçkidə 2-ci yeri 33,3% səslə Pozitiv Çernoqoriya Partiyasından Mladen Boyaniç qazanıb.

 



Әlaqәli Xәbәrlәr