Avropa Şurası kibernetik təhdidlərə qarşı daha çox tədbirlərin görülməsinə dair qərar qəbul etdi

Avropa Şurasının Lüksemburqda başlayan toplntısında kibernetik təhdidlərə qarşı daha çox tədbirlərin görülməsinə dair qərar qəbul olundu.

 AŞ-nın məsələ ilə bağlı verdiyi açıqlamada  üçüncü dövlətlərin və qeyri dövlət aktyorlarının məqsədlərinə çatmaq üçün daha çox fəaliyyət göstərməyə başlamasının narahatedici olduğu bildirildi.
 
 Açıqlamada  kibernetik təhdidlərə qarşı bacarıqları inkişaf etdirmə barəsində qərar qəbul edən AŞ-nın bu sahədə beynəlxalq hüquq və normaların müəyyən edilməsi istiqamətindəki işlərə töhfə verməyə hazır olduğu bildirilir.
 
 Açıqlamada Aİ-nin informasiya və kommunikasiya texnologiyalarından bəd niyyətlər üçün istifadəsini şiddətlə qınadığı qeyd olunur, Wannacry və NotPetya kimi kiber hücumların Aİ-yə ciddi zərər verdiyinə və iqtisadi sahədə itkilərə səbəb olduğuna  diqqət çəkildi.

Әlaqәli Xәbәrlәr