Moldova hökuməti Rusiyadakı səfirliyini bərpa etdi

Moldova və Rusiya mətbuatındakı xəbərlərə görə, Moldova Xarici İşlər və Avropa İnteqrasiyası naziri Tüdor Ulyanovski Rusiyanın Xarici İşlər nazirinin müavini Qriqori Karasinlə Moldovada bir araya gəlib.

936463
Moldova hökuməti Rusiyadakı səfirliyini bərpa etdi

  Moldova hökuməti Rusiya ilə 2017-ci ildə olan diplomatik böhranla bağlı ləğv etdiyi səfirliyinin yenidən işə başlama qərarı verdi.

  Moldova və Rusiya mətbuatındakı xəbərlərə görə, Moldova Xarici İşlər və Avropa İnteqrasiyası naziri Tüdor Ulyanovski Rusiyanın Xarici İşlər nazirinin müavini Qriqori Karasinlə Moldovada bir araya gəlib.

  Görüşdən sonra keçirilən mətbuat konfransında T.Ulyanovski ikitərəfli münasibətləri yaxşılaşdırmaq məqsədilə Moldovanın Rusiya Səfirliyinin bərpa olunması və Moskvaya yenidən səfir göndərilməsi qərarının qəbul edildiyini bildirib.

  İkitərəfli əlaqələrinin gücləndirilməsi üçün lazımi addımların atıldığını qeyd edən Ulyanovksi Moldova vətəndaşları və dövlət rəsmiləri üzərində Rusiyanın təzyiqinin azaldılmasını istəyib.

  Xatırladaq ki, Moldova hökuməti ötən il beş rusilayı diplomatın "təhlükəsizlik təhdidi" yaratdıqları səbəbilə ölkədən ayrılmasını istəmiş, Rusiya da eyni şəkildə qarşılıq vermişdi. Hadisələr gün-gündən kəskinləşdikcə Moldova hökuməti Rusiyadakı səfiri Andrey Nequtsayı geri çağırmışdı. Artıq A.Nequtsanın Moskvada yenidən vəzifə başına qayıdacağı bildirilib. 



Әlaqәli Xәbәrlәr