Rusiya, ABŞ-nı Suriya mövzusunda təhdid etdi

General Valeri Gerasimov ABŞ-ın Suriyaya hər hansı hücumu başlayacağı təqdirdə, cavab zərbələrinin gecikməyəcəyini açıqlayıb

Rusiya, ABŞ-nı Suriya mövzusunda təhdid etdi

Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Heylinin Suriyaya müdaxilə edəcəkləri ilə bağlı təhdidlərinə cavab verib: "Şərqi Qutadakı terrorçular kimyəvi silahların istifadəsi ilə bağlı təxribat hazırlayırlar ki, ABŞ bundan Dəməşqə zərbə endirmək üçün bəhanə kimi istifadə edə bilsin. Bizim əlimizdə dəqiq məlumatlar var ki, silahlılar hökumət qüvvələrinin dinc əhaliyə qarşı kimyəvi silah tətbiq etməsini saxtalaşdırırlar", - deyə rusiya ordu generalı qeyd edib. Valeri Gerasimov həmçinin bildirib ki, Şərqi Qutaya kimyəvi silah tətbiqinin qurbanı kimi təqdim olunmaq üçün qadın, uşaq, qoca, "Ağ dəbilqələr", habelə çəkiliş qrupu cəlb olunub. General Valeri Gerasimov ABŞ-ın Suriyaya hər hansı hücumu başlayacağı təqdirdə, cavab zərbələrinin gecikməyəcəyini açıqlayıb



Әlaqәli Xәbәrlәr