“Bombalar hələ də uşaq ölümlərinə səbəb olur”

BMT Təhlükəsizlik Şurası atəşkəs qərarının tətbiqinə dair hesabatı təqdim etdi.

“Bombalar hələ də uşaq ölümlərinə səbəb olur”

BMT Təhlükəsizlik Şurası atəşkəs qərarının tətbiqinə dair hesabatı təqdim etdi.

ABŞ BMT Təhlükəsizlik Şurasına Suriyada dərhal qüvvəyə minəcək, əməl edilməsi məcburi olan atəşkəs qərarına dair yeni layihə təqdim etdi.

BMT-nin Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının 24 fevralda Suriyada 30 gün humanitar atəşkəs tələb edən 2401 nömrəli qərarının qəbul edilməsindən iki həftə sonra Şuraya bu qərarın tətbiqinə dair hesabatını təqdim etdi.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Suriyada “tətbiq edilə bilməyən atəşkəs qərarının” müzakirə edildiyi iclasda çıxış edib. O çıxışında Rusiyanı Suriyada atəşkəsin tətbiqi barədə verdiyi vədləri yerinə yetirməməkdə günahlandırdı.

Bombaların hələ də uşaq ölümlərinə səbəb olduğuna diqqət çəkən Haley bildirib ki, atəşkəs qərarı uğursuz oldu və hərəkətə keçmə zamanı gəlib çatdı. ABŞ bəhanələrin irəli sürülə bilməyəcəyi, bəsit və qəbul edildiyi anda hökmən qüvvəyə minəcək yeni qərar layihəsi hazırladı. Uşaqlar ölərkən addım atmırıqsa burada nə iş görürük? Bombalardan qaçmaq üçün dəhlizlərdə gizlənən və həftələrdir günəş görməyən ailələri xilas edə bilmiriksə Təhlükəsizlik Şurası tənqid edildiyi qədər təsirsizdir.

Suriyada kimyəvi silahdan istifadə mövzusu barədə də xəbərdarlıq edən Haley onu da deyib ki, ABŞ lazım gəldikdə addım atmağa hazırdır. Seçim etdiyimiz yol bu deyil, daha əvvəl hərəkətə keçəcəyimizi göstərdik və yenidən bu istiqamətdə addım atmağa hazırıq.

Qeyd edək ki, keçən il Suriyada Əsəd rejiminin kimyəvi silahlarla hücumu qarşısında rejimə məxsus hava bazalarından birini vurmuşdu.



Әlaqәli Xәbәrlәr