"ABŞ-ı artıq tanıya bilmirəm", S.Qabriel

Almaniyada bu il 54-cüsü keçirilən Münhen Təhlükəsizlik Konfransında Avropa İttifaqının gələcəyinə dair problemlər müzakirə olunub.

"ABŞ-ı artıq tanıya bilmirəm", S.Qabriel

   Almaniya Xarici İşlər naziri Siqmar Qabriel o problemlər içində həm də Türkiyə ilə münasibətlərə toxunub:  

  “Böyük və güclü bir dövlət kimi beynəlxalq aləmdə nüfuzu olan Türkiyə ilə əlaqələri gücləndirmək üçün fürsəti dəyərləndirməliyik. Bütün bunların asan olmayacağını da bilirik.”

  Alman nazir Çinin getdikcə güclənməsinə də diqqət çəkib, Amerika Birləşmiş Ştatları ilə Avropanı əvvəlki kimi güclü bağları olmağa çağırıb. Donald Tramp rəhbərliyini tənqid edən S.Qabriel "ABŞ-ı artıq tanıya bilmirəm" ifadələrini işlədib.  

  Münhen Konfransında iştirak edən ABŞ Milli Təhlükəsizlik Nazirliyinin müşaviri Mak Master isə çıxışında İranı hədəf alıb və: "İran regionda getdikcə güclənir, ağır silahlı milis qüvvələri yaradır. Artıq İrana qarşı hərəkətə keçmək zamanı gəldi”.

  Konfrans davam edərkən bayırda da insanların NATO-ya qarşı etirazlar səslənib.



Әlaqәli Xәbәrlәr