Meksikada güclü zəlzələ baş verib

Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ olub.

912237
Meksikada güclü zəlzələ baş verib

Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ olub.

Bu barədə Avropa Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 17:39-da qeydə alınan yeraltı təkanların episentri Pinotepa de Don Luis şəhərindən 30  km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Məlumata görə, bəzi yaşayış binalarında çatlar əmələ gəlib.

Yeraltı təkanlar paytaxt Mexikoda hiss olunub. İnsanlar təşviş içərisində küçəyə qaçıblar. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların maqnitudası 7,5 təşkil edib.

Zəlzələdən dən sonra təkrar yeraltı təkanların sayı 122-yə çatıb.

Bu barədə Meksikanın Milli Seysmoloji Xidməti məlumat verib.

Məlumatda deyilir: "Yerli vaxtla saat 19.30-dək 122 təkrar təkan qeydə alınıb.

lkin məlumata görə, zəlzələ nəticəsində ölən və yaralanan yoxdur, sunami təhlükəsi elan edilməyib. Hazırda zəlzələnin vurduğu maddi ziyan araşdırılır.

Qeyd edək ki, 2017-ci il sentyabrın 7-si və 19-da Meksikada baş verən güclü zəlzələlər yüzlərlə insanın həyatına son qoyub.

 

 



Әlaqәli Xәbәrlәr