Tillerson həyatının ən böyük şokunu yaşadı

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət departamentinin rəhbəri Rex Tillersonın, Yaxın Şərq səfərinin Livan dayanacağında gözlənilməz hadisə yaşanıb.

911363
Tillerson həyatının ən böyük şokunu yaşadı

İranın dəstək verdiyi Hizbullahın siyasi müttəfiqi olan Livan prezidenti Mişel Avnla görüş üçün dövlət sarayına gələn Tillersonu livanlı həmkarı qarşılamayıb və ABŞ diplomatı uzun müddət prezidentin salona daxil olmasını gözləyib.

Məlumata görə, saraya girişi zamanı da qarşılanmayan Tillersonın uzun müddət Mişel Avnı təkbaşına gözlədiyi kadrlar televiziya kanalları vasitəsilə canlı yayımlanıb. Amerikalı diqlomat dəqiqələrlə tək başına gözlədikdən sonra nəhayət Livan xarici işlər naziri Cibran Bassil həmkarının gözlədiyi otaqa daxil olub, biraz sonra isə Prezident Aunun gəlməsi ilə danışıqlara başlanıb. Livan Prezidentinin Mətbuat sözcüsü Rafiq Çlela mövzu ilə əlaqəli açıqlamasında: “Diplomatik protokol pozuntusu olmamışdır. Amerikalı nazir gözlənən vaxtan bir neçə dəqiqə tez gəldi. Danışıqlar vaxtında başladı. O girişdə də protokol müdiri tərəfindən qarşılanıb və salamlanmışdır.

 



Әlaqәli Xәbәrlәr