• Video Qalereya

Reks Tillerson Misir prezidenti ilә görüşdü

Bu barәdә ABŞ Dövlәt Departamentinin sözçüsü Hezer Nauvert (Heather Nauert) mәlumat verib.

Reks Tillerson Misir prezidenti ilә görüşdü

Misirә sәfәr edәn ABŞ-ın dövlәt katibi Reks Tillerson bu ölkәnin prezidenti Sisi ilә Qahirәdә bir araya gәlib.

Bu barәdә ABŞ Dövlәt Departamentinin sözçüsü Hezer Nauvert (Heather Nauert) mәlumat verib.

Mәlumatda görüşün sәmәrәli keçdiyi  vә Tillerson ilә Sisinin  DEAŞ-a qarşı mübarizә aparan koalisiyaya üzv olan ABŞ vә Misirin terrora qarşı mübarizәdәki birgә әmәkdaşlığını müzakirә etdiklәri vurğulanıb.

Mәlumatda hәmçinin Tillerson vә Sisinin yeni birgә strateji dialoqun yaradılması üçün sәy göstәrilmәsi vә ABŞ ilә Misir arasındakı mövcud  әlaqәlәrin güclәndirilmәsi mәsәlәsindә razılıq әldә etdiklәri qeyd olunub.



Әlaqәli Xәbәrlәr