ABD terror təşkilatı PYD/PKK üçün 550 milyon dollar vəsait ayırdı

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) terror təşkilatı PKK/KCK/PYD-YPG üçün cari il yarım milyard dollar vəsait ayırıb.

ABD terror təşkilatı PYD/PKK üçün 550 milyon dollar vəsait ayırdı

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) terror təşkilatı PKK/KCK/PYD-YPG üçün cari il yarım milyard dollar vəsait ayırıb.

Pentaqonun hazırladığı Suriya üzrə hesabata görə, bu miqdar ABŞ-ın terror təşkilatına keçən il ayırdığı vəsaitdən 70 milyon dollar artıqdır.

Terror təşkilatına veriləcək müxtəlif miqdarda silah-sursat üçün 433 milyon dollar vəsait ayırılıb.

Hesabatda vəsaitin bir hissəsinin silah-sursat üçün ayrıldığı, 67 milyon dollar vəsaitin isə terrorçuların səhiyyə və nəqliyyat xərclərinə ayrıldığı bildirilib.

Rəsmi Vaşinqton terror təşkilatını sadəcə silahla təmin etmir, terorrçuların sayını da artırır.

Hesabatda 25 min olduğu qeyd edilən terrorçu sayının ilin axırınadək 30 minə çıxarılacağı da bildirilib.

Digər tərəfdən Pentaqon 2019-cu maliyyə ili üçün hazırlanan büdcə layihəsində DEAŞ ilə mübarizə çərçivəsində terror təşkilatı PYD/PKK-ya təlim-təchizat işləri üçün 300 milyon, “DEAŞ əleyhinə missiya ilə əlaqəli sərhəd təhlükəsizliyi ehtiyacları” üçün isə 250 milyon dollar olmaqla cəmi 550 milyon dollar ayırıb.

ABŞ başçılığındakı koalisiyanın əvvəl 30 min nəfərdən təşkil tapacaq sərhəd təhlükəsizliyi qüvvəsi kimi açıqladığı, ancaq daha sonra “daxili təhlükəsizlik və sabitlik gücü” olaraq adlandırdığı terror əleyhinə ordu üçün isə fond ayırması diqqət çəkir.



Әlaqәli Xәbәrlәr