Türkiyә ‘‘Zeytun Budağı’’ әmәliyyatı barәdә ABŞ-ı mәlumatlandırıb
Bunu ABŞ-ın müdafiә naziri Cim Mattis deyib.
Türkiyә ‘‘Zeytun Budağı’’ әmәliyyatı barәdә ABŞ-ı mәlumatlandırıb.
Bunu ABŞ-ın müdafiә naziri Cim Mattis deyib.
ABŞ mәtbuat orqanlarının mәlumatına görә, cәnub-şәrqi Asiyaya sәfәr edәn Mattis tәyyarәdә jurnalistlәrә Türkiyә Silahlı Qüvvәlәrinin Suriyanın Afrin bölgәsindә terror tәşkilatları YPG/PKK vә DEAŞ-a qarşı apardığı әmәliyyat barәdә mәlumat verib.
Türkiyәnin önәmli NATO müttәfiqi olduğunu vurğulayan Mattis: ‘‘Türkiyә hava әmәliyyatı keçirmәzdәn әvvәl bizi mәlumatlandırıb’’ deyә qeyd edib.
Mattis Türkiyә Silahlı Qüvvәlәrinin Afrindә keçirdiyi әmәliyyat sәbәbindәn bölgәdә yerlәşәn ABŞ hәrbçilәrinin risk altında olmadığını bildirib.
Әlaqәli Xәbәrlәr
Cozep Borrell Devid Kameronla görüşüb
Bu barədə Cozep Borrell rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda bildirib.