Hollandiyadan Fələstinli mühacirlərə 13 ml. Avro yardım

Hollandiya, ABŞ-nın Fələstinə edəcəyi yardıma məhdudiyyət qərarından sonra BMT-nin Fələstinli Mühacirlərə Yardım Təşkilatına (UNRWA) 13 milyon avro yardım edəcəyini açıqlayıb.

891897
Hollandiyadan Fələstinli mühacirlərə 13 ml. Avro yardım

Niderland Xarici Ticarət və İnkişaf Əməkdaşlıq naziri Siqrid Kaaq, mövzu ilə əlaqəli bəyanatında bildirib ki, UNRWA-nın qarşı-qarşıya olduğu maliyyə çətinliklərə biganə qalmayaraq təcili yardım qərarı qəbul etdik”.

Birləşmiş Millətlər Təşkilatı (BMT), UNRWA-nın tarixin ən böyük maliyyə böhranını yaşadığını bildirdiyini ifadə edən Kaaq, bu vəziyyətdən İnsanların, xüsusilə də uşaqların, bölgədəki sabitliyin mənfi təsirləndiyinə diqqət çəkib. UNRWA-nın rolunun gözdən yayındırılmamasının lazım gəldiyini vurğulayıb. Qeyd edək ki, ABŞ dövlət departamenti, Fələstinə veriləcək 125 milyon dollarlıq yardımın 65 milyon dollarlıq hissəsinə yenidən baxılacağını  açıqlamışdı.

 



Әlaqәli Xәbәrlәr