Yanlış həyəcan siqnalı adamları təşvişə saldı

Havaylıların mobil telefonlarına səhər-səhər "Havaiyə qarşı balistik raket təhdidi. Dərhal sığınacaq arayın. Bu, bir təlim deyil” mesajı gəlib.

Yanlış həyəcan siqnalı adamları təşvişə saldı

  Havayda bir balistik raketin adalara yönəldiyinə dair verilən yanlış həyəcan siqnalı vətəndaşları təşvişə saldı.

  Havaylıların mobil telefonlarına səhər-səhər "Havaya qarşı balistik raket təhdidi. Dərhal sığınacaq arayın. Bu, bir təlim deyil” mesajı gəlib.  

  Havay Fövqəladə Vəziyyət Departamentinin sözçüsü Riçard Repoza telefonlara göndərilən xəbərdarlığın yanlış həyəcan siqnalı olduğunu açıqlayıb, hadisənin araşdırıldığını deyib.

  ABŞ Müdafiə Nazirliyi (Pentaqon) də həyəcan siqnalının yanlış olduğunu təqdisləyib. Pentaqondan verilən yazılı açıqlamada bildirilir: “ABŞ Sakit Okean Komandanlığı Havay Adalarını təhdid edən bir balistik raket həyəcanı yanlış məlumatdır.”

  Sözügedən yanlış həyəcanın necə verildiyi ilə bağlı isə hələ bir açıqlama verilməyib.



Әlaqәli Xәbәrlәr