54 ölkə ABŞ prezidentinin üzr istəməsini tələb etdi

BMT-dəki Afrika qrupunun üzvü olan 54 ölkənin səfiri ABŞ prezidenti D.Trampın afrikalı qaçqınlara qarşı sözlərilə əlaqədar Nyu-Yorkda növbədənkənar iclas keçirib.

54 ölkə ABŞ prezidentinin üzr istəməsini tələb etdi

  54 Afrika ölkəsinin Birləşmiş Millətlərdəki (BMT) səfiri bəzi Latın Amerikası və Afrikadan gələn miqrantlara qarşı təhqirli sözlərlə bağlı Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı qınayıb və üzr istəməsini tələb edib.

  BMT-dəki Afrika qrupunun üzvü olan 54 ölkənin səfiri ABŞ prezidenti D.Trampın afrikalı qaçqınlara qarşı sözlərilə əlaqədar Nyu-Yorkda növbədənkənar iclas keçirib.

  Toplantıdan sonra verilən birgə bəyanatda deyilir: “ABŞ prezidenti Donald Trampın Ağ Evdəki bir iclasda bəzi Latın Amerikası və Afrika ölkələrindən gələn miqrantlarla bağlı "İyrənc ölkələrdən gəlirlər" sözlərini qalmaqal və irqçi düşüncə olaraq kəskin şəkildə qınayırıq. ABŞ-ın bəzi qurumlarında afrikalılara rənglərinə görə kiçiltmə meylinin artması narahatvericidir. Eyni şəkildə Haiti və digər xalqlarda təhqir olunur. Trampdan sözlərini geri götürməsi və üzr istəməsini tələb edirik. ABŞ prezidentinin bu hərəkətini qəbul etməyən amerikalılara isə təşəkkürümüzü bildiririk”.

  Eyni zamanda, Seneqal və Botsvana başda olmaqla bir çox Afrika ölkəsində də ABŞ səfirləri Trampın təhqirli sözləriylə əlaqədar Xarici İşlər Nazirliklərinə çağırılıb.



Әlaqәli Xәbәrlәr