Qətər Birləşmiş Ərəb Əmirliklərini BMT Təhlükəsizlik Şurasına şikayət etdi

Qətər Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus döyüş təyyarələrindən birinin ölkənin hava məkanını pozduğu səbəbindən bu ölkəni BMT Təhlükəsizlik Şurasına şikayət edib.

Mərkəzi qərargahı Qətərdə olan “Al Jazeera” telekanalının xəbərinə görə, bir nüsxəsinin də BMT baş katibi Antonio Quttereşə çatdırılan şikayət müraciətində hadisənin Qətərin avtoriteti, sərhəd və torpaq təhlükəsizliyi ilə beynəlxalq qanunları açıq şəkildə pozduğu bildirilib.

Şikayətdə həmçinin pozuntu hallarının davam edəcəyi təqdirdə beynəlxalq əsaslara görə qanuni haqqını müdafiə edərək hava məkanını, sərhəd keçid məntəqələrini və milli təhlükəsizliyini müdafiə etmək üçün vacib olan bütün tədbirləri görəcəyi vurğulanıb.

Hadisənin nə zaman baş verdiyinə dair məlumat verilməyib.

Mövzu barədə BƏƏ-dən hələ də açıqlama yayılmayıb.

Sərhəd pozuntusunun Qətər ilə bir sıra Ərəb ölkələri arasında böhran başladığından bəridir ilk dəfə yaranması diqqət çəkir.

Әlaqәli Xәbәrlәr