Əfqanıstanda 26 DEAŞ terrorçusu məhv edildi

Əfqanıstanın şərqindəki Nanqarhar vilayətində keçirilən əməliyyatda 26 DEAŞ terrorçusu öldürüldü.

869806
Əfqanıstanda 26 DEAŞ terrorçusu məhv edildi

 Əfqanıstanın şərqindəki Nanqarhar valiliyinin sözçüsü Ataullah Hoqyani təhlükəsizlik qüvvələrinin Hogyani rayonunda terror təşkilatı DEAŞ-a qarşı apardığı əməliyyatda 26 təşkilat üzvünün məhv edildiyini bildirdi.
 
 Hoqyani əməliyyatda 30 DEAŞ terrorçusunun yaralandığını, yol kənarına yerləşdirilən 21 minanın zərərsizləşdirildiyini, əməliyyat nəticəsində 5 kəndin azad olunduğunu qeyd etdi.

 Sözçü Nanqarharın digər rayonlarında da terrorçulara qarşı əməliyyatların başlanılacağı barədə məlumat verdi.



Әlaqәli Xәbәrlәr