ABŞ və Şimali Koreya bir-birinə qarşı şərtlər irəli sürməyə davam edirlər

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov  Amerika Birləşmiş Ştatlarının və Şimali Koreyanın dialoqun başlanılması üçün ön şərtlər irəli sürməyə davam etmələrinin Moskvanı kədərlədirdiyini bildirdi.

869804

 Ryabkov jurnalistlərə müsahibəsində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Şimali Koreya mövzusundakı toplantısından  danışdı.
 
Rusiya xarici işlər nazirinin müavini: "Təəssüf ki, Washington və Pxenyan  bir-birinə qarşı şərtlər irəli sürməyə davam edirlər. Siyasi prosesdə irəliləyiş yoxdur, qoyulan şərtlər isə daha da ağıqlaşır, vəziyyət dalana sürüklənir və gərginliyin artma riski davam edir"- ifadələrini işlətdi.
 
 Ryabkov Rusiyanın bu  münasibətin konstruktiv deyil, təhlükəli olduğu barədə xəbərdarlıq etdiyini bildirdi.

Әlaqәli Xәbәrlәr