Fələstin xalqının paytaxtı Şərqi Qüds olan dövlət qurmağa haqqı var

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd Əl Useymin İstanbuldakı zirvə toplantısının açılış hissəsində etdiyi çıxışda zirvənin çox müstəsna bir durum üçün keçirildiyini vurğulayıb.

867778

Qüdsün müsəlmanlar üçün də müqəddəs olduğunu bilməyənlər tərəfindən qəbul edilən qərarlara görə yığıncaq keçirildiyini xatırladan Useymin bildirib ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarı beynəlxalq qaydalara ziddir. Qüds Fələstin dövlətinin paytaxtıdır və 1967-ci ildən bəridir ayrılmaz hissəsidir. Bütün beynəlxalq müqavilələr də eyni şəyi söyləyir. Orta Şərqdəki sabitliyin əsası Fələstinin vəziyyətini açıq şəkildə həll etməkdən asılıdır. Çünki Fələstin xalqının paytaxtı Şərqi Qüds olan bir dövlət qurmağa haqqı var.

Useym “Fələstin dövlətini qəbul etməliyik. Beynəlxalq sahədə dövlət kimi qəbul etməyən ölkələrə də sülh təmin edə bilmək üçün də bu addım atılmalıdır. İki dövlətli həlli həyata keçirə bilmək üçün  fəaliyyətlər ciddi şəkildə davam etirməlidir. Qüds bizim ürəyimizdə bir yaradır, lakin tək başına həllə qovuşmayacaqdır. Bunun üçün həmrəy olmalıyıq” deyib.

Әlaqәli Xәbәrlәr