Rusiya: "Suriya DEAŞ-dan azad olundu"

Rusiya Slahlı Qüvvələrinn Baş Qərargah rəisi Valeriy Gerasimov Suriyanın DEAŞ-dan tamamilə azad olunduğunu bildirdi.

Rusiya: "Suriya DEAŞ-dan azad olundu"

 Rusiya Slahlı Qüvvələrinn Baş Qərargah rəisi Valeriy Gerasimov paytaxt Moskvada verdiyi açıqlamada Suriyada DEAŞ-ın nəzarətində olan bölgənin qalmadığını söylədi.
 
 Gerasimov Suriya ordusu tərəfindən keçirilən son əməliyyatların uğurla başa çatdığını qeyd edərək:"Beləliklə, bu gündən (dünən) etdibarən Suriya DEAŞ-dan  tamamilə azaddır. Suriyada bütün DEAŞ obyektləri məhv edilib" deyə danışdı.
 
Baş Qərargah rəisi İraqda DEAŞ-a qarşı aparılan əməliyyatlarda da ABŞ-a dəstək verməyə hazır olduqlarını dilə gətirdi.
 
 Rusiya prezidenti Vladimir Putin də dünən  Fərat Çayının şərqində və qərbində uğurlu əməliyyatların aparıldığını bildirərək:"Artıq diqqəti Rusiya, Türkiyə və İranın Soçi görüşündə razılaşdığı Suriya Milli Dialoq Konqresi üzərində yönəltmək lazımdır" demişdi.
 



Әlaqәli Xәbәrlәr