Əl-Əqsa məscidinin işıqları söndürüldü

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarını elan etməsi ilə eyni vaxtda Əl-Əqsa məscidinin işıqları söndürülüb.

Əl-Əqsa məscidinin işıqları söndürüldü

İşğal altında olan Şərqi Qüdsdəki Əl-Əqsa məscidi ilə yanaşı Beytullahim şəhərindəki İsanın anadan olduğuna inanılan Mehd Kilsəsi meydanındakı Milad ağacının da eyni dəqiqələrdə işıqları söndürülüb.

Əl-Əqsa məscidinin işıqlarının söndürülməsinə dair Qüds İslami Vəqfi İdarəsi heç bir açıqlama verməyib.

Qeyd edək ki, Şərq Qüdsü 5 iyun 1967-ci ildə işğal edən İsrail, 1980-ci ildə tək tərəfli olaraq şəhərin şərqini və qərbini "birləşmiş paytaxtı" elan edib. BMT Təhlükəsizlik Şurası eyni ildə qəbul etdiyi 478 saylı qərarla, İsrailin ilhaq və paytaxt elanını etibarsız sayıb. Qərara əsasən ABŞ, o cümlədən beynəlxalq cəmiyyət, Şərqi Qüdsün işğal altında olduğunu qəbul edir. İsrail hakimiyyətini tanıyan bütün ölkələrin səfirlikləri Təl-əvivdə yerləşir. Heç bir ölkə, Qüdsü, ya da şərq və qərb hissələrini paytaxt kimi qəbul etmir.

 



Әlaqәli Xәbәrlәr