Rifah sərhəd keçid məntəqəsi üç gün açıq olacaq

Misir rəsmiləri Rifah sərhəd keçid məntəqəsini  noyabrın 25-dən tutmuş 3 gün müddətinə ikitərəfli açacaq.

853689
Rifah sərhəd keçid məntəqəsi üç gün açıq olacaq

Misir rəsmiləri Rifah sərhəd keçid məntəqəsini  noyabrın 25-dən tutmuş 3 gün müddətinə ikitərəfli açacaq.

Fələstin Rəhbərliyinə bağlı Vətəndaş İşləri İdarəsinin sədri Hüseyn əş-Şeyx verdiyi açıqlamada “Misir rəsmiləri Rifah sərhəd keçid məntəqəsinin 25-26-27 noyabr tarixlərində ikitərəfli açılacağını bildirdi.” deyə qeyd edib.

Misir rəhbərliyi 2013-cü ilin iyul ayının 3-də hərbi çevrilişdən sonra bağladığı Rifah  sərhəd keçid məntəqəsini zaman zaman qısa müddətli olaraq açır.

Misir 10 ildən sonra bu ayın əvvəlində Fələstin Rəhbərliyinin nəzarətinə keçən Qəzzadakı Rifah sərhəd keçid məntəqəsini noyabrın 18-də 3 günlüyünə “istisna hallar” üçün ikitərəfli keçidlər üçün açmışdı.



Әlaqәli Xәbәrlәr