Səudiyyə Ərəbistanı Livandakı vətəndaşlarına xəbərdarlıq etdi

Səudiyyə Ərəbistanı yaxud başqa ölkələrdən Livana səyahət etməyi planlaşdıran vətəndaşların da səyahətlərini ləğv etmələri tövsiyə edilib.

Səudiyyə Ərəbistanı Livandakı vətəndaşlarına xəbərdarlıq etdi

Səudiyyə Ərəbistanı vətəndaşlarının təcili olaraq Livanı tərk etməsini istədi.

Səudiyyə Ərəbistanı xəbər agentliyi “SPA”da yayımlanan Xarici İşlər Nazirliyinin açıqlamasında “Livanda iqamət edən yaxud da turistik məqsədlə adı çəkilən ölkədə olan Səudiyyə Ərəbistanı vətəndaşlarından yaşanan mənfi şərtlərə görə təcili olaraq ölkəni tərk etmələri” istəndi.

Açıqlamada həmçinin Səudiyyə Ərəbistanı yaxud başqa ölkələrdən Livana səyahət etməyi planlaşdıran vətəndaşlarına da səyahətlərini ləğv etmələri tövsiyə edilib.

Qeyd edək ki, Livanın Baş naziri Saad Haririnin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda vəzifəsindən istefa verdiyini bəyan etməsilə gərginlik başlamışdı. Gərginlik Yəməndəki Husilərin Ər-Riyada ballistik  raket fırlatması və Səudiyyə Ərəbistanı rəsmilərinin həmin hücumdan İran və Hizbullahı məsul tutması ilə daha da dərinləşmişdi.



Әlaqәli Xәbәrlәr