Vatikanda siqaret satışı qadağan olunur

Papa Franciscusun göstərişilə Vatikanda işləyənlərin gömrüksüz mallar mağazasından və supermarketdən siqaret satın alması qadağan ediləcək.

Vatikanda siqaret satışı qadağan olunur

 Papa Franciscusun göstərişilə  Vatikanda  işləyələrin gömrüksüz mallar mağazasından və supermarketdən siqaret satın alması qadağan ediləcək. 

Bu məlumatı Vatikan yaydı.
 
 Papanın insan sağlamlığına açıq-aşkar zərər verən bir fəaliyyətə dəstək verməməsi  qərarın qəbul olunması səbəbi kimi göstərilir.
 
Məlumatda  Dünya Səhiyyə Təşkilatının siqaretin dünyada hər il 7 milyondan çox insanın ölümünə səbəb olması barəsindəki bildirişinə də istinad edilir.
 
 Vatikan sənədlərinə əsasən tərtib olunaraq 2015-ci ildə çap olunan  "Avarice" adlı kitaba görə, gömrüksüz mallar mağazasında siqaret satışı Vatikana ildə 10 milyon avro qazanc gətirirdi.



Әlaqәli Xәbәrlәr